"Müdafiə naziri Sergey Şoyqunun indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdur, bu, tamamilə başa düşüləndir", - o, Şoyqu ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, son günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun media qarşısına çıxmaması müzakirələrə səbəb olub.