Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"İclasda Mişustin, Matviyenko, Volodin, Medvedev, Patruşev, Kolokoltsev, Lavrov, Şoyqu, Bortnikov, Narışkin və İvanov iştirak ediblər. İclas iştirakçıları ölkədə mövcud makroiqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müdafiə naziri Şoyqu xüsusi təyinatlıların gedişi, hərbi əməliyyatlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və mühüm infrastrukturun bərpası üzrə davam edən hərbi səylər barədə məlumat verib", - Peskov deyib.
Bundan əlavə, Peskov qeyd edib ki, iclasda anti-sanksiya gündəliyinə də toxunulub.
"Ukrayna ilə danışıqlar prosesi ilə bağlı ətraflı söhbət aparılıb. Ukrayna tərəfinin ləngliyinə görə təəssüf hissi ifadə olunub", - o əlavə edib.