NATO liderləri Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana dörd yeni döyüş qrupunun yerləşdirilməsi barəsində razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O qeyd edib ki, bununla Baltik dənizindən Qara dənizədək NATO-nun çoxmillətli döyüş qruplarının sayı 8-ə çatacaq.