Şimali Atlantika Müqaviləsi Təşkilatında Polşanın Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi dəstəklənməyib.
Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammitindən sonra keçirilən brifinqdə deyib.
Xüsusilə ondan bu gün keçiriləcək sammitdə Polşanın Ukraynaya sülhməramlı missiya göndərilməsini müzakirə etməyi təklif edib-etmədiyini soruşublar: "Biz hərtərəfli məsələləri müzakirə etdik... Biz vahid qalmalı və Ukraynanı dəstəkləməliyik, lakin eyni zamanda, bu münaqişənin NATO və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməməsini təmin etmək üçün məsuliyyət daşıyırıq. Və buna görə də biz Ukraynanı dəstəkləməliyik, açıq şəkildə bəyan etmişik ki, biz Ukraynada quruda qoşun yerləşdirməyəcəyik, çünki bunun yeganə yolu Rusiya qüvvələri ilə tam münaqişəyə girməyə hazır olmaqdır".
Qeyd edək ki, Polşa Alyansın sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsini təklif etmişdi.
Ağarza Elçinoğlu