"Rus işğalçıları Ukraynanın 14 bələdiyyə sədrini əsir götürüblər".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
Eyni zamanda, Rusiya Federasiyası əsirlərin mübadiləsinin yalnız paritet şərtlərlə həyata keçirilməsini istəyir: "Burada Rusiya paritet tələb edir, deyirlər, sərhədçilərə sərhədçi, matroslara matroslar. Məntiqi sualım var: artıq 14-ü Rusiyanın girovluğunda olan merləri kimlə dəyişəcəyik? Hələlik biz bu məsələni beynəlxalq səviyyədə həll edirik, - Vereşçuk bildirib.
Ağarza Elçinoğlu