Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.
Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.