ABŞ Prezidenti Co Bayden bir daha rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” hesab etdiyini deyib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Polşa-Ukrayna sərhədinə səfəri zamanı danışıb.
Bayden bildirib ki, onun fikri formal hüquqi qiymətləndirmədən fərqlənməyəcək.
Qeyd edək ki, ABŞ rəhbəri Putin barədə eyni ifadəni ilk dəfə martın 17-də səsləndirib.