Rumıniya hökuməti Moldovaya 100 milyon avro məbləğində təmənnasız maliyyə yardımı haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bunu Rumıniya Nazirlər Kabinetinin mətbuat üzrə nümayəndəsi Dan Kerbunaru deyib.
O bildirib ki, bu saziş Rumıniyanın Moldovanın uzunmüddətli inkişafı, islahatlar yolunda irəliləyişi və Avropa İttifaqı ilə yaxınlaşması üçün səylərini xüsusi dəstəklədiyi əsas sənədlərdən biridir.