Moldovanın Moskvadakı səfiri Lilian Darie Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Səfir, martın 24-də Rusiyanın Kişinyovdakı səfirliyi yaxınlığında keçirilən aksiya ilə əlaqədar XİN-ə dəvət olunub.
Qeyd olunub ki, həmin aksiyada etirazçılar təhqiredici şüarlar səsləndiriblər.
Moldovadan səfirlik yaxınlığında aksiyaların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görmək tələb edilib.