“Birləşmiş Ştatlar Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin etmək üçün Avropa və digər yerlərdəki tərəfdaşları ilə işləyir".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O qeyd edib ki, Vaşinqton müttəfiqləri ilə Kiyevin sahil müdafiəsi, o cümlədən gəmi əleyhinə raketlərlə təmin edilməsi perspektivlərini müzakirə edir.