Son sutka ərzində Ukraynaya məxsus 117 hərbi obyekt Rusiyanın hərbi aviasiyası tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov məlumat verib.
"Vurulan obyektlər arasında altı komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, bir S-300 zenit-raket kompleksi, doqquz silah və sursat anbarı, iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna Silahlı Qüvvələrin bölmələrinin, millətçi qüvvələrinin 92 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi ərazi var”, - deyə Rusiya rəsmisi mətbuata açıqlamasında bildirib.