Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç çeçenləri “kadırovçular”la qarışdırmamağa və müsəlmanları incitməməyə çağırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.
“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı - Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, - O.Arestoviç bildirib.
Son olaraq Prezident Aparatı rəhbərinin müşaviri , "Müsəlmanlarla "Kadırovtsıları" qarışdırmayın. Bunlar çox fərqli şeylərdir. Bizə kömək edənləri təhqir etməyin", - deyə xahiş edib.