"Ukrzaliznitsiya" şirkəti Kiyevdə gücləndirilmiş komendant saatının aradan qaldırılması ilə əlaqədar Kiyevdən Lvova "İntersiti" 717 və 743 saylı reyslərini bərpa edir.
"Unikal" xəbər verir ki, bu barədə dəmir yolu şirkətinin Teleqram kanalında məlumat verilib.
“Kiyevdə gücləndirilmiş komendant saatının ləğvi ilə əlaqədar olaraq, "Ukrzaliznitsya" “İntersiti+” aviaşirkətinin Kiyevdən Lvova 717 və 743 saylı reyslərini bərpa edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, daşıyıcı şirkət tətbiq edilən komendant saatına görə, bütün reysləri ləğv etmişdi. Daha sonra şəhərin meri Vitali Kliçko sabah günortadan sonra Kiyevdə və bölgədə komendant saatının olmayacağını açıqlayıb.