Ümumdünya Təbiət Fondunun (WWF) çağırışı ilə hər il mart ayının son şənbə günü bütün dünyada “Yer saatı” tədbiri keçirilir.
"Unikal" xəbər verir ki, “Yer Saatı” tədbiri ilə dünyanın yüzlərlə şəhərində milyonlarla insan və monumental binalar iqlim dəyişikliyinə diqqət çəkmək üçün işıqlarını bir saatlıq söndürür.
"Yer Saatı" həm də dəyişiklik, transformasiya üçün qlobal çağırış kimi tanınır. Karbon tullantılarının azaldılması siyasəti həyata keçirilməzsə, dünya temperaturun 2,5 dərəcə artmasına doğru gedir.
Bildirək ki,tədbir çərçivəsində bir çox əhəmiyyətli bina və yerdə işıqlar 1 saat müddətinə söndürülür.