Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
"Unikal" xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Bildirilib ki, hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan və Ermənistan arasında münasibətlər, eləcə də regiondakı vəziyyət müzakirə olunub.
Tərəflər həmçinin Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə həyata keçirilən və dialoq formatının yaradılması məqsədi daşıyan “Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yetiriblər.
Qeyd edilib ki, Gürcüstan Baş naziri ölkəsinin hər zaman Cənubi Qafqazda dinc əməkdaşlığı və birgə yaşayışı dəstəklədiyini, regional dialoqa töhfə verməyə hazır olduğu vurğulayıb.