Niderland 17 rusiyalı diplomatı ölkədən çıxarıb.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, həmin şəxslər Rusiyanın Niderlanddakı nümayəndəliklərində diplomat kimi akkreditasiyadan keçsələr də, gizli şəkildə kəşfiyyat fəaliyyəti ilə məşğul olublar.
Niderlandın XİN başçısı Vopke Hoekstra deyib ki, ölkəsi Rusiyanın istənilən cavab tədbirinə hazırdır.
“Təcrübə göstərir ki, Rusiya bu cür tədbirləri cavabsız qoymur. XİN yaxın gələcəkdə baş verə biləcək istənilən ssenariyə hazırdır”, - nazir vurğulayıb.
Analoji addımın Belçika tərəfindən də atılacağı bildirilir. Belçika mətbuatının məlumatına görə, Brüssel casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilən 21 Rusiyalı diplomatı ölkədən çıxaracaq.
Bundan başqa, İrlandiya da 4 rus diplomatını ölkədən çıxarır.