Bolqarıstan Ukraynaya silah təchiz etməyi deyil, öz ordusunu müasirləşdirməyi planlaşdırır.
"Unikal" “ukranews.com”a istinadən xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Draqomir Zakov bildirib.
Nazir qeyd edib ki, öz ordusunda olmayan silahı başqasına verə bilməz. Bolqarıstan yaxın vaxtlarda hərbi resurslarını artıracaq. Söhbət artilleriya və HHM-in müasirləşdirilməsindən və PUA-ların alınmasından gedir.