Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
"Unikal" xəbər verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. A. Fətullazadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub.
O, gecə klubunda ofisiant işləyirmiş.