Tanınmış aktyor Emre Kınayın 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor bir müddət əvvəl Cihangirdə məkanlardan birindən çıxarkən onu lentə almaq istəyən müxbiri təhqir edib.
Bu gün baş tutan məhkəmədə Emrenin 3 ay 15 gündən 2 il 4 aya qədər həbsi istənilib.
Vəkil Dilara Sezgin hadisə ilə bağlı şahidlik edərək yıxıldıqdan sonra ətəyi cırıldığı və kameraların bunu çəkməyə çalışması səbəbindən Emrenin belə bir addım atdığını deyib. O, müxbirlərin şiddətə təhrik edən suallar verdiyini də söyləyib.
Tərəflər dinləndikdən sonra məhkəmə tərəflərə iddialara qarşı müdafiə hazırlamaq üçün vaxt verərək iclası təxirə salıb.