Dünyaca məşhur "LʼOccitane" kosmetika şirkəti Rusiyadakı bütün mağazalarını bağlayıb və onlayn satışı dayandırıb.
"Unikal" xəbər verir ki, şirkətin yaydığı bəyanatda bu qərarın Ukraynadakı vəziyyətlə əlaqədar alındığı bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat fonunda bir çox brend - "L'Oreal", "Estee Lauder", "Sephora", "LUSH", "Chanel", "Gucci", "Dior", "Céline", "Givenchy", "Make Up For Ever", "LVMH" və s. bu ölkədəki fəaliyyətini sonlandırıb.