Ukraynada fevralın 24-də başlayan müharibə zamanı indiyədək 1 982 mülki sakin həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.
Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.