Əməkdar artist Elza Seyidcahan "Şourum" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə Qırğızıstana müsabiqəyə gedərkən başına gələn hadisəni açıqlayıb. O, müsabiqə üçün qızıllarını satdığını ifadə edib:
"Evimi banka zamin qoydum getdim müsabiqəyə. O vaxt bilet də baha idi. Qayıdanda hadisə baş verdi, qızıllarımı satdım. Üstümüzdə pul saxlamadıq. Getdik qalib olduq, üstümüzdə 10 dollar qalmışdı. Hava limanında dedilər, torpaq pulu keçirməlisiniz. Qolumda iki qolbaq, qulağımda qızıl sırğa var idi. Onları təcili orada 40 dollara satdım ki, təyyarəyə minə bilək. Həmin qızılların indi 3 min dollar qiyməti var. Oradan mükafatlarla qayıtdım".
Qeyd edək ki, bir neçə müddət əvvəl E.Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin iclasında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.