Gənclər arasında işsizliyin yüksək olduğu İndoneziyada 27 yaşlı müğənni və aktrisa Ayunda Faza Maudyanın G-20-nin sözçüsü təyin edilib.
"Unikal" xəbər verir ki, səhnə adı Maudy Ayunda ilə tanınan müğənninin ölkədə keçiriləcək G-20-də sözçü kimi iştirak etməsi İndoneziya ictimaiyyətinin gündəminə çevrilib.
Bu addımın Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bəzi ölkələrin boykot qərarı aldığı tədbiri daha cəlbedici etmək üçün atıldığı təxmin edilir.
Bildirilir ki, İndoneziya lideri Coko Vidodo son vaxtlar məşhur iş adamlarının, müğənnilərin və sahibkarların övladlarını dövlət səviyyəsində işə götürüb.
Gənc müğənni Ayundanın diplomatik və ya iqtisadi təcrübəsinin olmamasının böyük narahatlığa səbəb olduğu bildirilib.
Gülayə Mecid