Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə özünə avtoqol vurub.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, sanksiyalar Qərbdə iqtisadiyyatın pisləşməsinə gətirib çıxarıb.
Rusiya iqtisadiyyatının hazırki durumundan danışan Putin inflyasiyanın sabitləşdiyini və ölkədə pərakəndə tələbatın normallaşdığını vurğulayıb.
Qeyd edək ki, Qərb ölkələri Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.