Rusiyanın Xalq artisti, teatr rejissoru Leonid Xeyfets vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski məlumat verib. O, 87 yaşlı Leonidin ötən həftə xəstəxanadan evə buraxıldığını və özünü yaxşı hiss etdiyini deyib. Lakin aprelin 18-də Zaslavskiyə rejissorun həyat yoldaşı zəng edib və onun dünyasını dəyişdiyini bildirib.
Xalq artistinin hansı səbəbdən vəfat etdiyi isə açıqlanmayıb.
Qeyd edək ki, Leonid bir sıra dövlət mükafatlarının laureatı olub. O, 1970-ci illərdən Rusiya teatr məktəblərində dərs deyib. Xalq artisti "Albalı bağı", "Kukla evi" və "Kral Lir" kimi məşhur tamaşalarıyla tanınınıb.