Müğənni Nadir Qafarzadə keçirdiyi plastik əməliyyatdan danışıb.
"Unikal" xəbər verir ki, sənətçi "Həmin Zaur" proqramında bildirib ki, artıq piylərdən xilas olma səbəbi səhhətində yaranan problemlər olub:
"Sağlamlığıma, görkəmimə görə etdim. Deyirdim, Sevinc, (həyat yoldaşı - red.) gəl ayaqqabımın ipini bağla, kömək et geyinim".
Aparıcı Zaur Kamalın "Ayaqqabının ipini həyat yoldaşın bağlayır" sualına sənətçi "Ya o, ya başqası. İstədim geyimi geyinə bilmirdim, əynimə oturmurdu. Tənginəfəs olurdum" cavabını verib.