Türkiyəli model Şeyma Subaşı keçmiş həyat yoldaşı Acun Ilıcalı və eks-misirli nişanlısı Mohammed Alsaloussidən aldığı hədiyyələri dəyərləndirmək qərarına gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şeyma məşhur brendlərdən olan bahalı çantalarını, saatlarını və paltarlarını satmağa başlayıb. Əşyalar arasında Mohammedin ona aldığı 1 milyon lirə qiyməti olan çanta belə var. Digər tərəfdən isə onun ikinci əl məhsullar almağa başladığı bildirilib.
Məsələ ilə bağlı açıqlama yayan fenomen xəbərləri təqzib edərək geyimləri sahibsiz itlər üçün satdığını vurğulayıb.