Yüksək dəqiqlikli hava raketləri bir gündə Ukraynanın 36 hərbi obyektini vurub.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bazar ertəsi jurnalistlərə bildirib.

"Yüksək dəqiqlikli havadan buraxılan raketlər gün ərzində Ukraynanın 36 hərbi obyektini vurub. Onların arasında 95-ci hava desant-hücum və 81-ci aviasiya briqadalarının batalyonlarının komanda və müşahidə məntəqələri də daxil olmaqla beş komanda-nəzarət məntəqəsi var", -  Konaşenkov deyib.

Ağarza Elçinoğlu