Ukrayna Prezidenti Vladimir Zelenski “Avrovizya” mahnı müsabiqəsinin Mariupolda keçirilməsi üçün hər şeyi edəcəyinə söz verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Zelenski bir gün əvvəl keçirilən müsabiqədə "Kaluş Orkestri"ni qələbə münasibətilə təbrik edib.

"Biz hər şeyi edəcəyik ki, Mariupolu şəhəri “Avrovizya”nın iştirakçılarını və qonaqlarını qəbul etsin. Azad, dinc, yenidən qurulmuş şəkildə", - deyə Zelenski bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın “Kaluş Orkestri” qrupu 631 balla “Avrovizya 2022” mahnı müsabiqəsinin qalibi olub.