Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi sıravi Argişti Yeqyanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində intihara sövq etməkdə ittiham olunaraq həbs edilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, mayın 11-də səhər saatlarında snayper Argişti Yeqyan hərbi mövqedə xidməti tüfəngindən istifadə edərək özünü öldürüb.
Yeqyanın iki yoldaşı onun intiharına səbəb olmaqda şübhəli bilinir. Hər iki şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Günahları sübuta yetirilərsə, onları 9 ilə qədər həbs gözləyir.
Aynurə Xudaverdiyeva