“The New York Times” qəzeti Kiyev vilayətinin Buça şəhərinin işğalı zamanı rus hərbçilərinin törətdiyi vəhşiliklərə dair yeni sübutlar dərc edib.
"Unikal" "The New York Times"a istinadən xəbər verir ki, nəşr rus hərbçilərinin ukraynalıları necə öldürdüyünü göstərən videoları təhlil edib.
Martın 4-də müşahidə kameralarına düşən ilk videoda rus hərbçilərinin doqquz ukraynalı məhbusu apardığı görünür. Əsgərlər həmin şəxsləri müvəqqəti qərargahlarının yerləşdiyi ofis binasının kənarına çıxarıb və güllələyiblər.
Bir gün sonra, martın 5-də drondan çəkilmiş video bu sübutu təsdiqləyir. Yablunskaya küçəsindəki binanın yanında yerdə uzanmış meyitlər və yaxınlıqda iki rus əsgərinin dayandığı görünür.
Gülayə Mecid
New evidence — including three videos obtained by The New York Times — shows how Russian paratroopers rounded up and executed at least eight Ukrainian men in Bucha on March 4, a likely war crime. https://t.co/EnA2q943Ds pic.twitter.com/BRMDeGo0u6
— The New York Times (@nytimes) May 19, 2022