Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Niinistö “Twitter“də bildirib.
“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, - Finlandiya Prezidenti qeyd edib.
***17:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər.