Ukrayna prezidenti Zelenski Rusiya hərbi əsirlərini Mariupoldakı "Azovstal" zavodundan götürülən ukraynalı əsgərlərlə Rusiyanın nəzarətindəki şəhərlərə dəyişməyə hazır olduqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Zelenski iştirak etdiyi televiziya kanalında Rusiyanın ölkəsinə qarşı müharibəsini dəyərləndirib.
"Azovstal" zavodunda mülki vətəndaşların və əsgərlərin xilas edilməsi üçün tərəfdaş ölkələrlə danışıqların davam etdiyini deyən Zelenski bu çərçivədə Türkiyə, İsveçrə, İsrail və Fransa liderləri ilə görüşdüyünü bildirib.
Ukrayna əsgərlərinin "Azovstal"dan çıxarılmasından sonra rus hərbi əsirləri gözlədiklərini və mübadilə etməyə hazır olduqlarını xatırladan Zelenski, "Onları evlərinə gətirəcəyik. Məsuliyyəti üzərinə götürən tərəfdaşlarla işimiz budur" deyib.
Zelenski, müharibəni bitirmək üçün səy göstərəcəklərini vurğulayıb:
“Müharibənin sonu mütləq diplomatiya olacaq. Qələbə çox çətin olacaq. Qələbə mütləq mübarizə ilə əldə olunacaq, lakin (müharibənin) sonu mütləq diplomatiya olacaq, mən buna əminəm".