Fransanın cənub-şərqində turist təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza İsere departamentində baş verib. Turist təyyarəsinin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb. Yaralıların olduğu bildirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır.