Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin yazılı açıqlamasında deyilir.
Bildirilir ki, Qərbin Ukraynaya yeni hərbi yardımla bağlı mayın 23-nə planlaşdırılan ikinci koordinasiya qrupunun iclası öncəsi, Kiyevin silah ehtiyacları müzakirə edilib.