Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı NATO müttəfiqi olaraq Finlandiya və Türkiyənin bir-birinin təhlükəsizliyinə sadiq qalacağını və bu yolla əlaqələrimizin daha da güclənəcəyini bildirdim.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitter hesabında yazıb.
Sıx dialoqun davam etdiyini vurğulayan Niinistö Finlandiyanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini qeyd edib.