İraqın şimal-şərqində yerləşən Türkiyə hərbi bazası hücuma məruz qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum Mosul yaxınlığındakı Zlikan düşərgəsində həyata keçirilib.
Məlumata görə, hərbi obyektə partlayıcı ilə təchiz edilmiş iki dron vasitəsilə hücum olub. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.