Rusiyanın Əməkdar artisti Natalya Veliçko vəfat edib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, aktrisa 81 yaşında dünyasını dəyişib. N.Veliçko uzun müddət xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, aktrisa "Sakitlik", "İlk qar", Nikolay Bauman", "Qılınc və qalxan", "İnsana nə lazımdır", "Əfsanə belə başladı", "Qızıl toy" kimi məşhur filmlərdə rol alıb.