İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hasan Sayad Xodayariyə qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub.
"Unikal"ın İRNA-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər polkovnikə Tehranda evinin qarşısında 5 atəş açıb.
Bundan sonra motosikletli iki şəxs hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları onları axtarır.
xxx
19:36
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən biri Hasan Sayad Xodayari bu gün qətlə yetirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, naməlum şəxslər tərəfindən hücum edilərək öldürülüb.
SEPAH-ın yaydığı məlumata görə, hərəm müdafiəçisi olan H.S.Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın "Mücahidine İslam" küçəsində öldürülüb.
Ağarza Elçinoğlu