Belarus Silahlı Qüvvələri Ukrayna sərhədində intensiv kəşfiyyat aparır.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Belarus qoşunlarının əlavə hissələri də Qomel vilayətinin sərhəd rayonlarına yerləşdirilir. Həmin ərazidən hava və raket zərbələri təhlükəsi qalmaqdadır",- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, belarus jurnalistləri Rusiya qoşunlarının Kiyev və Çerniqov vilayətlərinin ərazilərini tərk etməsindən sonra iki ay ərzində ilk dəfə olaraq "İsgəndər"lərin yenidən Belarus ərazisindən keçərək Ukrayna ilə sərhədə doğru hərəkət etdiyini qeyd ediblər.
Daha əvvəl bildirilmişdi ki, “Toçka-U” taktiki raket kompleksinin iki raket bölməsi və “Tornado” reaktiv yaylım atəşi diviziyası Belarusda ayrı-ayrı poliqonlarda yerləşdirilib.
Gülayə Mecid