Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin rəhbəri Mədinə Əbilqasımova Rusiyanın Qazaxıstandakı törəmə şirkətlərinin hesablarına sanksiyaların tətbiqi ilə təxminən 9,2 milyard tengenin (21,5 milyon dollar) dondurulduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə  “Informburo.kz” məlumat yayıb.

"Sanksiyalar fonunda bəzi xarici banklar “Sberbank”, “Alfa-Bank” və “Bank VTB ( Qazaxıstan )” xarici valyutada olan hesablarını bloklayıblar. Nəticədə, bankların məlumatına görə, bu bank hesablarındakı qalıqlar ümumilikdə təxminən 9,2 milyard tenge məbləğində dondurulub”, - deyə o, bildirib.

Qeyd olunur ki, "Sberbank" üçün 2,7 milyard tenge (6,3 milyon dollar), "Alfa-Bank" üçün 6,2 milyard tenge (14,5 milyon dollar) və "Bank VTB (Qazaxıstan)"üçün 0,3 milyard tenge (700 min dollar)  hesabları dondurulub.

Bundan əlavə, xarici banklar "Sberbank"ın fərdi müştərilərinə 2,9 milyard tenge (6,8 milyon dollar) məbləğində xarici valyutada ödənişləri bloklayıblar.

Gülayə  Mecid