İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki,Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 12:06-da episentri Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Sercengel bölgəsində qeydə alınıb.
Zəlzələnin 16 kilometr dərinlikdə baş verdiyi bildirilib.