“Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”.
"Unikal" xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:
“Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.