Ukraynada fevralın 24-dən indiyədək 4031 mülki şəxs həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddət ərzində 4735 nəfər yaralanıb.
Ölənlərin 1529-u kişi, 995-i qadın, 92-si qız və 100-ü oğlandır, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1246 nəfər böyük var.