Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, Mövlud Çavuşoğlu bu barədə "Twitter"də paylaşım edib.
"Bir dəfə yüksələn bayraq bir daha enməz!
Can Azərbaycanın Müstəqillik Gününü Mübarək! Azərbaycanlı qardaşlarımızı səmimi qəlbdən salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini rəhmət və ehtiramla yad edirəm", - Türkiyə XİN başçısı qeyd edib.