Mayın 30-a olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub istiqamətli külək əsəcək.

Hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi 3-8 m/s, gündüz şimal-şərq küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq.