"Baba" serialında rol alan aktrisa Özgə Yağızın nişanlısı Gökbərk Dəmircidən ayrıldığı təsdiqlənib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin sentyabrında nişanlanan aktrisayla Dəmircinin 2 ay öncə ayrıldığı deyilirdi.

Cütlük ötən gün sosial şəbəkədə biri-birini izləmədən çıxararaq münasibətlərinin bitdiyini göstərib.

Qeyd edək ki, məşhur aktyorlar "Yemin" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlamışdı.