Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

"Unikal" xəbər verir ki, "Hitech Grand Prix" komandasından Yuri Vips yaxşı nəticəni göstərib. 

***

12:39

Azərbaycan Qran-prisinə start verilib.

"Unikal" xəbər verir ki, paytaxtımızda altıncı dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.

“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.