Meksikada təhlükəsizlik qüvvələrinin cinayət təşkilatlarına qarşı əməliyyat keçirib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis Meksika əyalətinin Tekskaltitlan qəsəbəsində bir dəstəyə qarşı keçirdiyi əməliyyatda dəstə üzvləri ilə qarşıdurma yaraıb. İnsident nəticəsində 11 dəstə üzvü öldürülüb, 4-ü yaralanıb.

Polis həmçinin 7 dəstə üzvünü saxlayıb. Digər tərəfdən əməliyyat zamanı 3 polis yaralanıb.

Dəstə üzvlərindən 20 uzunlüləli silah, çoxlu patron, gülləkeçirməz jiletlər və müxtəlif rabitə vasitələri götürülüb.