Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Belarus neft şirkətinə məxsus 20 milyon qrivnanın korporativ hüquqlarını müsadirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
"Hüquq-mühafizə orqanları nəzarətdə olan subyektləri idarə edən şirkətlər qrupunun qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusən də pul vəsaitlərinin mənimsənilməsi, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ya devrilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi üzrə hərəkətlərin maliyyələşdirilməsi üzrə fəaliyyətini araşdırır",- deyə məlumatda qeyd olunub.
İstintaq Kiyevdə və Ukraynanın digər bölgələrində fəaliyyət göstərən Belarus neft şirkəti, təsisçiləri "Belarus Neft Şirkəti" qapalı səhmdar cəmiyyəti və "Belarusneft İstehsalat Birliyi" respublika unitar müəssisəsi müəyyən edib.
Kiyevin Podolsk Rayon Prokurorluğunun tələbi ilə şirkətin aktivlərinə həbs qoyularaq Ukraynanın Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin aşkarlanması, təhqiqatı və idarə olunması üzrə Milli Agentliyinə (ARMA) verilib.